Azərbaycanlı bloger Hüseyn Bakıxanov Gürcüstanda mehmanxanada ölü tapılıb.
Ucnoqta.az xəbər verir ki, bu haqda "Imedi" telekanalı məlumat yayıb.
Bildirilib ki, bloger Tbilisi şəhərində hotellərdən birində ölü halda aşkarlanıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktı özünəqəsd həddinə çatdırma kimi araşdırır.
Qeyd edək ki, sosial şəbəkələrin Azərbaycan seqmentində dostlarının H.Bakıxanovdan bir neçə gün xəbər ala bilmədikləri, bundan sonra onun Tbilisidəki evində ölü tapıldığı bildirilirdi.///big.az