Ucnoqta.az
www.ucnoqta.az

Samuxda çoban ferma müdirini qətlə yetirib

13:58 - 30 İyul 2021 tarixində dərc olunub.

Samuxda qətl hadisəsi olub.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarabağlar kəndində, fermada qeydə alınıb. Fermada çoban işləyən 1976-ci il təvəllüdlü Samir Quliyev ferma sahibi 1990-cı il təvəllüdlü Gəncə sakini Arzu Abdullayevə bıçaqla zərbə vurub. Bıçaq xəsarəti alan şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Hazırda cinayəti törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: