Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda avtomobillər toqquşub, qadın xəsarət alıb

19:10 - 29 İyul 2021 tarixində dərc olunub.

Xaçmaz rayonunda yol qəzası olub.

Hadisə Şabran-Xaçmaz yolunun Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, həmin ərazidə iki avtomobil toqquşub. Nəticədə Şabran şəhərində yaşayan, 1990-cı il təvəllüdlü Səccarə Akif qızı Balabəyova xəsarət alıb.

Yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: