Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ölümlə nəticələnən qəzaya səbəb olan sürücü tutulub

18:20 - 29 İyul 2021 tarixində dərc olunub.

Bakıda yol nəqliyyat hadisəsi törədən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Qala qəsəbəsi ərazisində Xəzər Həsənovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Kia” markalı avtomobillə törədildiyi məlum olub.

Müəyyən edilmiş və həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini R.Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: