Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcərdəki mövqelərimiz yenidən <font color=red><b>ATƏŞƏ TUTULDU</b></font>

08:03 - 29 İyul 2021 tarixində dərc olunub.
Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub. Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib. İyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Müəllif: