Bakıda iki uşaq anası olan 24 yaşlı qadın "patı"dan öldü
14:47 - 28 İyul 2021 tarixində dərc olunub.
Ötən gecə Bakıda 24 yaşlı qadın yeni sintetik narkotikdən (patı) dünyasını dəyişib.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu paytaxtın baş toksikoloqu, dosent İsmayıl Əfəndiyev deyib.
O bildirib ki, dünyasını dəyişən qadın iki uşaq anasıdır.
İ.Əfəndiyev qeyd edib ki, son dövrlər ölkədə narkotik istifadəsinin strukturu dəyişib: “2010-cu illə müqayisədə keçən il üçün ölkədə psixostimulyatorların sayı 24%-ə (2010-cu ildə 0,9%) çatıb”.