Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Əfqanıstana yeni səfir təyin edib

11:31 - 28 İyul 2021 tarixində dərc olunub.

Prezident İlham Əliyev H.S.Zeynalovun Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam verib.

Ucnoqta.az xəbər verir ki, Sərəncamla Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb

Prezident İlham Əliyevin digər sərəncamı ilə İlham Nəriman oğlu Məmmədov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Müəllif: