Ucnoqta.az
www.ucnoqta.az

Lənkəranda iki avtomobil toqquşub - <font color=red><b>biri yandı</b></font>

22:29 - 27 İyul 2021 tarixində dərc olunub.

Lənkəran rayonunun Gərmətük kəndi ərazisində "VAZ-2107" ilə "Chevrolet" markalı avtomobillər toqquşub.

Firudin Babayevə məxsus 10-RM-069 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil yaxınlıqdakı yüksək gərginlikli elektrik dirəyini aşırıb və nəticədə nəqliyyat vasitəsi alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.
Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: