Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə 2 nəfəri ildırım vurub

20:17 - 27 İyul 2021 tarixində dərc olunub.

Gəncə şəhərində 2 nəfəri ildırım vurub.

Hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Səlimov Aydın Ələkbər oğlunu ildırım vurub.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Daha bir hadisə isə Cavadxan küçəsində baş verib, 1985-ci il təvəllüdlü Kərimov Sərxan İsmixan oğlunu ildırım vurub və adıçəkilən şəxs komaya düşüb.

​Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: