Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcərdə atəşkəsi pozan erməni silahlıları susdurulub - <font color=red><b>MN</b></font>

18:19 - 27 İyul 2021 tarixində dərc olunub.

Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqeləri atəşə tutulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, iyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Müəllif: