Ucnoqta.az
www.ucnoqta.az

Bakıda şəhidin hesabındakı pul oğurlandı

17:01 - 27 İyul 2021 tarixində dərc olunub.

Vətən Müharibəsinin şəhidi Kənan Siyavuş oğlu Qafarovun hesabındakı pul oğurlanıb.

Bu barədə şəhidin anası Şəfaqət Qafarova hüquq-mühafizə orqanlarına müraciət edib. Bildirib ki, oğlunun adına olan kartdan 3960 manat pul çıxarılaraq oğurlanıb.
Şəhidin hesabı Beynəlxalq Bankda olub. Oğurluq isə bankın Naxçivanı küçəsi 15-də yerləşən bankamatında baş verib.

Məlumata görə, iş araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü Azərbaycan Ordusunun əsgəri Kənan Qafarov 8 oktyabr 2020-ci ildə şəhid olub. Göyçay rayonunda dəfn olunub. İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Qafarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.///axar.az

Müəllif: