Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə 45 yaşlı kişi özünü yandırıb

22:43 - 26 İyul 2021 tarixində dərc olunub.

Şəmkirdə yerli sakin intihara cəhd edib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Könüllü kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı C.İbrahimov üzərinə benzin tökərək özünə od vurub. O, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. C.İbrahimov xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: