Ucnoqta.az
www.ucnoqta.az

Salyanda avtomobillə motosiklet toqquşub, sürücü ölüb

08:44 - 26 İyul 2021 tarixində dərc olunub.
Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. “Report”un məlumatına görə, hadisə bu gün səhər saatlarında, köhnə Ələt-Astara magistral yolun Arbatan kənd avtomobilinin kəsişdiyi ərazidə qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, Salyan şəhər sakini, 1968-ci il təvəllüdlü Hüseynov Mübariz Əflatun oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparılır.
Müəllif: