Ucnoqta.az
www.ucnoqta.az

PKK-dan xain hücum - <font color=red><b>2 türk əsgəri şəhid oldu</b></font>

10:06 - 25 İyul 2021 tarixində dərc olunub.

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyadakı "Fərat qalxanı" əməliyyatı bölgəsində türk hərbçilərin olduğu zirehli hərbi avtomobilə silahlı hücum olub.

APA-nın Türkiyənin Milli Müdafiə Nazirliyinə (MSB) istinadla verdiyi xəbərə görə, terror aktında Türkiyə Ordusunun 2 hərbçisi şəhid olub, daha ikisi yaralanıb.

Hələb əyaləti yaxınlığında baş vermiş terror aktının PKK/YPG tərəfindən törədildiyi bildirilib.

Müəllif: