Ucnoqta.az
www.ucnoqta.az

Liftdə qalan 7 nəfər xilas edilidi

09:54 - 25 İyul 2021 tarixində dərc olunub.

Ötən sutka ərzində "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami, Xətai və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 7 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: