Dənizdə batan 2 nəfər xilas edilib <font color=red><b>- FHN</b></font>
01:51 - 24 İyul 2021 tarixində dərc olunub.
İyulun 23-də “Astara” və “Qızılqum” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən 2 nəfər batma təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən hər iki şəxs xilas olunub.