Ucnoqta.az
www.ucnoqta.az

Qusarda yabanı halda bitən çətənə kolları məhv edilib - <font color=red><b>Foto</b></font>

17:00 - 22 İyul 2021 tarixində dərc olunub.

Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zindan-Muruq kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, ümumi çəkisi 1420 kiloqramdan artıq olan, 724 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Müəllif: