Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda fərdi yaşayış evi yanıb

09:26 - 22 İyul 2021 tarixində dərc olunub.

Sabirabad rayonunun Suqovuşan kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı, tavanı qamış örtükdən ibarət evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 40 m² sahədə, digər otaqların tavanı 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: