Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda oğul 81 yaşlı atasını avtomobillə vuraraq öldürüb

16:07 - 21 İyul 2021 tarixində dərc olunub.

Qubada bədbəxt hadisə nəticəsində oğul atasını öldürüb.

Bədbəxt hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi "Ford" markalı yük avtomobilini geri sürərkən avtomobilin arxasında duran atası 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub.

Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.///baku.ws

Müəllif: