Ucnoqta.az
www.ucnoqta.az

2032-ci il Yay Olimpiadası bu şəhərdə keçiriləcək

14:27 - 21 İyul 2021 tarixində dərc olunub.

2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının məkanı açıqlanıb.

Ucnoqta.az Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, olimpiadanın Avstraliyanın Brisben şəhərində keçirilməsi qərara alınıb.

Qeyd edək ki, qarşıdakı Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək. 2024-cü il olimpiadası Fransanın paytaxtı Parisdə, 2028-ci il Oyunları isə ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq.

Müəllif: