Ucnoqta.az
www.ucnoqta.az

Daha bir toyda <font color=red><b>DAVA:</b></font> 3 nəfər bıçaqlanıb

00:55 - 20 İyul 2021 tarixində dərc olunub.

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Tovuz çayının kənarında toy məclisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Kərimov Mahir, 1991-ci il təvəllüdlü Hüseynov Fuad Polad oğlu və 1996-cı il təvəllüdlü Mehdiyev Fərid İlyas oğlu baş və əl nahiyələrindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Hər üç xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: