Ucnoqta.az
www.ucnoqta.az

Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

15:53 - 19 İyul 2021 tarixində dərc olunub.

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, iyulun 18-də saat 19 radələrində Qəbələ rayonu ərazisində Ağcabədi rayon sakini A. Məmmədov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Əmirvan kənd sakini Sədiyar Vəliyevi vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: