Ucnoqta.az
www.ucnoqta.az

Ağdamda əmioğlusunu öldürən şəxs tutulub

12:02 - 19 İyul 2021 tarixində dərc olunub.
İyulun 18-i saat 23 radələrində 1996-cı il təvəllüdlü Gəray Gərayevin Ağdam rayonu ərazisində qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağdam rayon Prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin əmisi oğlu 2003-cü il təvəllüdlü Ülvü Gərayzadə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gəray Gərayevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb. Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ülvü Gərayzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir.
Müəllif: