Ucnoqta.az
www.ucnoqta.az

Ucarda güclü <font color=red><b>YANĞIN: </b></font>Ata və oğlunun avtomobilləri də yandı - <font color=red><b>FOTO/VİDEO</b></font>

07:47 - 19 İyul 2021 tarixində dərc olunub.

Ucarda baş verən yanğında 2 avtomobil yanıb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Məmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb. Rayon sakini, 1957-ci il təvəllüdlü Aydın Əhəd oğlu Əhədova məxsus evə bitişik ümumi sahəsi 145 kv/m olan artırmada güclü yanğın baş verib.

Yanğın zamanı ev sahibinin "Mercedes" markalı minik maşını, ev sahibinin oğlu, 1991-ci il təvəllüdlü Zamiq Əhədzadəyə məxsus "Hyundai" markalı avtomobil yanıb.

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 3 texnikası cəlb olunub. Yanğın söndürülüb və ev də daxil olmaqla yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Fakt araşdırılır.

Müəllif: