Ucnoqta.az
www.ucnoqta.az

"Patı” satanlara qarşı daha bir əməliyyat: <font color=red><b>Saxlanılan var</b></font>

19:57 - 18 İyul 2021 tarixində dərc olunub.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin satışı ilə məşğul olan Şirvan şəhər sakini Famil Dəmirov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı F.Dəmirovdan satış məqsədilə qablaşdırılmış metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif: