Ucnoqta.az
www.ucnoqta.az

Saatlıda avtomobil dərəyə aşıb

08:23 - 18 İyul 2021 tarixində dərc olunub.
Saatlı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək dərəyə aşıb. Hadisə zamanı 1984-cü il təvəllüdlü Məmmədov Vüsal Əbülfəz oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.///report
Müəllif: