Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var - <font color=red><b>FOTO</b></font>

21:43 - 17 İyul 2021 tarixində dərc olunub.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı 3 avtomobil toqquşub. Qəza zamanı 1954-cü il təvəllüdlü Əli Həsənov və 1958-ci il təvəllüdlü Rübabə Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///Apa

 

Müəllif: