Ucnoqta.az
www.ucnoqta.az

Saatlı sakinindən qanunsuz ov silahı götürülüb

15:31 - 16 İyul 2021 tarixində dərc olunub.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Seyidlər kənd sakini Natiq Quliyevdən bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.
Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Müəllif: