Ucnoqta.az
www.ucnoqta.az

Operativ Qərargahın qaydalarını pozan restoran sahibi həbs edildi

10:15 - 16 İyul 2021 tarixində dərc olunub.

Gəncədə karantin qayadalarını pozan restoran aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Gəncə ŞBPİ Kəpəz RPİ idarəsinin keçirdikləri araşdırmalar zamanı şəhər ərazisində yerləşən "Sevincim" şadlıq sarayının Operativ Qərargah tərəfindən qəbul etdiyi qaydaları pozduğu müəyyən edilib.

Restoranın inzibatçısı Elşən Hüseynov barəsində protokol tərtib edilərək məhkəməyə göndəriib. Məhkəmənin qərarı ilə E. Hüseynov 8 gün inzibati qaydada həbs edilib.

Müəllif: