Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə “Opel” aşıb, <font color=red><b>3 nəfər xəsarət alıb</b></font>

21:59 - 15 İyul 2021 tarixində dərc olunub.

İmişlidə baş verən qəzada 3 nəfər xəsarət alıb.

Hadisə İmişli rayonunun Sarxanlı kəndində qeydə alınıb.
“Opel” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Nəticədə avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: