Ucnoqta.az
www.ucnoqta.az

Bakıda oğurlanan "Jiquli" Bərdədə tapıldı

19:52 - 15 İyul 2021 tarixində dərc olunub.

Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini Ş.Abdullayev iyunun 29-da dövlət qeydiyyat nişanlarını çıxardığı “VAZ-2108” markalı avtomobilinin oğurlandığını bildirib.

Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini Ağdam rayon sakini A.Məmmədovun oğurladığı müəyyən edilib. O, Bərdə rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: