Ucnoqta.az
www.ucnoqta.az

Saatlı sakini həmkəndlisinin təsərrüfatını yandırıb

09:50 - 15 İyul 2021 tarixində dərc olunub.

Saatlı rayonu Sımada kənd sakini B.Aslanov Rayon Polis Şöbəsinə müraciət edərək iyul ayının 11-də ona məxsus fərdi təsərrüfatda yanğın baş verməsi barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, polis şöbəsinin əməkdaşları hadisə yerində olublar və ilkin araşdırmalar aparılıb. Keçirilən tədbirlərlə hadisənin qəsdən törədildiyi məlum olub.

Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən Sabirabad rayonu Moranlı kənd sakini Valid Hüseynli saxlanılıb.

Dindirilmə zamanı V.Hüseynli törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.

Müəllif: