Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 3 nəfərin öldüyü, 2 nəfərin xəsarət aldığı qəza yerindən <font color=red><b>GÖRÜNTÜLƏR - VİDEO</b></font>

08:45 - 15 İyul 2021 tarixində dərc olunub.

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə "QAZel" markalı kiçiktutumlu yük maşını ilə "QAZ 31105" markalı minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər hadisə yerində ölüb, digər avtomobildə olan 2 nəfər isə ağır xəsarətlərlə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Şəmkirdə baş vermiş yol qəzasında ölənlərin və xəsarət alanların adları məlum olub.
Avtoqəza nəticəsində 1983-cü il təvəllüdlü Əliyev Aydın Valeh oğlu, 1989-cu il təvəllüdlü Məmmədov Ramiz Zakir oğlu və şəxsiyyəti hələlik məlum olmayan daha bir kişi dünyasını dəyişib, 1982-ci il təvəllüdlü Şahin Məmmədov və 1971-ci il təvəllüdlü Ədalət Bayramov isə xəsarət alıb.

Hadisənin digər təfərrüatları araşdırılır.

Müəllif: