Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda gənc oğlan özünü bıçaqladı

09:01 - 14 İyul 2021 tarixində dərc olunub.

Abşeronda intihara cəhd hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Höküməli qəsəbəsində qeydə alınıb.1993-cü il təvəllüdlü Niyazov Ağamərdi Fəxrəddin oğlu özünə bıçaqla xəsarət yetirib.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı onda döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: