Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə kürəkən qaynanasını qətlə yetirib, <font color=red><b>arvadını ağır yaralayıb</b></font>

20:45 - 13 İyul 2021 tarixində dərc olunub.

Şəmkir rayonunda qətl törədilib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Şiştəpə kəndində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini şəxsi münasibətlər zəminində qaynanası Sədaqət İbadullayevanı və həyat yoldaşı Mahizər Hüseynovanı bıçaqlayıb. Nəticədə qaynanası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: