Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

19:33 - 13 İyul 2021 tarixində dərc olunub.

Sabirabad rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Sabirabad şəhərində qeydə alınıb.

Belə ki, “Prado” markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində Sabirabad rayonunun Əsgərbəyli kənd sakinləri - 1958-ci il təvəllüdlü Feyziyev Nadir Qəribağa oğlu və 1963-cü il təvəllüdlü Abdullayev Ağasəmid Miriş oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: