Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə zəncirvari qəza -<font color=red><b> yaralılar var</b></font>

22:55 - 12 İyul 2021 tarixində dərc olunub.

Mingəçevirdə zəncirvari yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə M.Maqomayev və Füzuli küçələrinin kəsişdiyi işıqforda qeydə alınıb.

"Hyundai" markalı minik maşını əvvəlcə "Mercedes" markalı minik maşına, o da öz növbəsində "Mercedes Vito" markalı təcili tibbi yardım maşınına çırpılıb. Qəza nəticəsində 5 nəfər - 2011-ci il təvəllüdlü Hüseyn Məmmədzadə, 2008-ci il təvəllüdlü Orxan Məmmədov, 2005-ci il təvəllüdlü Fərid Cavadzadə və təcili tibbi yardım xidmətinin əməkdaşları, 1957-ci il təvəllüdlü Vəli Ağaməmmədov və Rafiq Abdullayev müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: