Ucnoqta.az
www.ucnoqta.az

Ağcabədidə 5 otaqlı ev yanıb

08:57 - 12 İyul 2021 tarixində dərc olunub.

Ağcabədi rayonunda yanğın baş verib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonunun Aşağı Avşar kəndində ümumi sahəsi 156 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 106 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: