Ucnoqta.az
www.ucnoqta.az

Sabunçuda yanğın hadisəsi baş verib

16:20 - 11 İyul 2021 tarixində dərc olunub.

Bakı şəhərinin Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin lambirindən ibarət tavanı, 15 m² sahədə və bir ədəd soyuducu yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: