Ucnoqta.az
www.ucnoqta.az

Bakıda “VAZ 2107” “Mercedes”lə toqquşub, <font color=red><b>ölən var</b></font>

23:34 - 9 İyul 2021 tarixində dərc olunub.

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Maştağa-Buzovna yolunda qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobil “Mercedes”lə toqquşub. Qəza nəticəsində “VAZ 2107”-də olan 2002-ci il təvəllüdlü Məmmədov Eşqin Vüqar oğlu ağır xəsarət alıb.

Avtomobilin digər sərnişini, 1983-cü il təvəllüdlü Əhmədəliyev Qurban Saqif oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Müəllif: