Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kişinin arvadını qətlə yetirməsi ilə bağlı cinayət işi açılıb

09:45 - 9 İyul 2021 tarixində dərc olunub.

İyulun 8-i saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1986-cı il təvəllüdlü Elnarə Musayevanın qəsdən öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Elnarə Musayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürmüş, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.

Yadigar Cəfərov 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Müəllif: