Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda avtomobil velosipedçini vurdu

23:43 - 7 İyul 2021 tarixində dərc olunub.

Sabirabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına gərə, hadisə rayonun Qaratəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Seymur Samir oğlu velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub.

​Qəza nəticəsində velosipedi sürən şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: