Ucnoqta.az
www.ucnoqta.az

Bakıda Rusiya vətəndaşı olan qadın ərini bıçaqlayıb

12:39 - 7 İyul 2021 tarixində dərc olunub.

Bakıda 41 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən evdə baş verib.
Rusiya vətəndaşı 1980-ci il təvəllüdlü Nataliya Vladimirovna Vorobyova qeyri-rəsmi nikah münasibətində yaşadığı əri, 1978-ci il təvəllüdlü Vitali Eduardoviç Tokariyevi sinəsindən bıçaqlayıb.

Xəstəxanaya yerləşdirilən V.Tokariyevin vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: