Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 1 nəfər kanalda batıb

22:00 - 6 İyul 2021 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) su kanalında batması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.

Müəllif: