Ucnoqta.az
www.ucnoqta.az

Qarabağda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb

21:25 - 6 İyul 2021 tarixində dərc olunub.

Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Meyit Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 596-ya çatıb./qafqazinfo

Müəllif: