Ucnoqta.az
www.ucnoqta.az

Bakının mərkəzində piyada səkisini ləğv edib, <font color=red><b>avtomobil dayanacağı etdilər - FOTO</b></font>

14:07 - 6 İyul 2021 tarixində dərc olunub.

Bakı şəhərinin mərkəzi küçələrindən birində piyada səkisi ləğv olunub

Ucnoqta.az xəbər verir ki, İstiqlaliyyət küçəsi ilə "Torqovı" adlanan əraziyə düşən küçədə piyada səkisini ləğv olunaraq, avtomobil dayanacağı ediblər..

Qeyd edək ki, bu küçə əhalinin və xarici turistlərin sıx hərəkət etdiyi küçədir. Nizami Gəncəvinin heykəlinin sağ tərəfində yerləşən piyada səkisi ilə uşaq arabası, əlil arabası ilə hərəkət etmək mümkün idi. Heykəl olan ərazi isə pilləkənlərdən ibarətdir ki, burada da əlil arabası və ya uşaq arabaları ilə hərəkət üçün panduslər quraşdırılmayıb. Bu isə onların hərəkətini çətinləşdirir.

Piyadalar məcburən yolun avtomobillərin hərəkət hissəsinə çıxmalı olur ki, bu da təhlükəli vəziyyət yaradır.  

Müəllif: