Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada qəzaya uğrayan təyyarədəki bütün şəxslər ölüb <font color=red><b>(Yenilənib)</b></font>

14:33 - 6 İyul 2021 tarixində dərc olunub.

Rusiyanın Kamçatka bölgəsində qəzaya uğrayan təyyarədəki bütün sərnişinlər ölüb.

Bunu ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşı bildirib.
O qeyd edib ki, təyyarənin göyərtəsindəki 22 nəfər sərnişindən və 6 ekipaj üzvündən sağ qalanı yoxdur.

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi də təyyarənin qalıqlarının tapıldığını təsdiqləyib.


***

Rusiyanın Kamçatka bölgəsi üzərində uçan An-26 təyyarəsi radarlardan itib. Onunla əlaqə yaratmaq mümkün olmayıb.

Bu barədə TASS Rusiyanın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 29 nəfər var. Onlardan altısı heyət üzvüdür. Təyyarənin dənizə düşməsi ehtimalı istisna edilmir.///oxu.az

 

Müəllif: