Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 37 yaşlı kişinin qulağını kəsdilər

09:52 - 6 İyul 2021 tarixində dərc olunub.

Hacıqabul sakininin qulağı kəsilib.

Ucnoqta.az “report”a istinadən xəbər verir ki, hadisə rayonun Udulu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1984-cü il təvəllüdlü Atakişiyev Şükür Qüdrət oğlu mübahisə zəminində tanıdığı şəxs tərəfindən qulağı kəsilib.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: