Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda sirkə turşusu içən qadın xəstəxanada dünyasını dəyişib

08:12 - 6 İyul 2021 tarixində dərc olunub.
Şirvanda sirkə turşusu içən 36 yaşlı qadın xəstəxanada ölüb. APA-nın məlumatına görə, iyulun 5-də Şirvan sakini, 1985-ci il təvəllüdlü Mürsəlova Gülnaz Fikrət qızı 70%-li sirkə turşusu içərək intihara cəhd edib. Qadın ağır vəziyyətdə qida borusunun və mədənin kəskin kimyəvi yanığı diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Gecə saatlatrında qadın dünyasını dəyişib.
Müəllif: