Ucnoqta.az
www.ucnoqta.az

Haçıqabul sakini qonşusunu bıçaqlayıb

01:52 - 6 İyul 2021 tarixində dərc olunub.
Hacıqabulda qonşular arasında dava düşüb. APA-nın məlumatına görə, rayonun Udulu qəsəbə sakini, 1982-ci il təvəllüdlü Atakişiyev Şükür Qüdrət oğlu münaqişə zəminində qonşusu tərəfindən bıçaqlanıb. O, qulağının bir hissəsinin kəsilmiş diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən araşdırma aparılır.
Müəllif: